Mammal Species of the World | |
---|---|
Orijinalın dili | ingilis dili |
Ölkə |
Dünyanın Məməli Növləri: Taksonomik və Coğrafi İstinad — məməlilərin təsvirlərini və biblioqrafik məlumatlarını təqdim edən standart mammologiya istinad əsəridir. İndiyədək üçüncü nəşri mövcuddur və 2005-ci ilin sonunda nəşr edilmişdir. Bu nəşrin redaktorları Don E. Vilson və DeeAnn M. Reeder olmuşdur.[1]
Onlayn versiyası Buknell Universiteti tərəfindən yayımlanır və buradan növlərin adları xüsusi lüğət olaraq yüklənə bilər. Çox hissəsi Google Books platformasında da mövcuddur (aşağıda “Xarici keçidlər” bölməsinə baxın).
Yoxlama Siyahısı Komitəsi MSW-nin hazırlanması və yenilənməsi ilə məşğuldur. Komitənin 2015-ci il illik hesabatında qeyd edilmişdir ki, Con Hopkins Press ilə MSW-nin DeeAnn M. Reeder və Kristofer M. Helgen tərəfindən redaktə ediləcək 4-cü nəşri üzrə müqavilə bağlanmışdır. Verilənlər bazası müəlliflər üçün redaktə oluna bilən vəziyyətə gətirilmiş və bununla da vebsaytın daha tez-tez yenilənməsi təmin edilmişdir. Nəşrin 2019-cu ildə çıxması planlaşdırılırdı.[2][3]